veb sayt yigma

Loading

YÖS

YÖS (Yabancı Öğrenci Seçme Sınavı) – Xarici Tələbə Seçmə İmtahanıdır. Türkiyə Dövlət və Özəl Universitetlərinin 90 %-na yaxını üçün qəbul imtahanıdır. Bəzi universitetlər isə (xüsusi ilə 100% ingiliscə təhsil verən ixtisaslar üçün ) SAT imtahanı istəyə bilərlər. Bundan başqa universitetlərin İncəsənət fakültələrində təhsil almaq istəyən tələbələr qabiliyyət imtahanı verməlidirlər. Xarici tələbələr 2010-cu ilə qədər OSYM tərəfindən keçirilən imtahan ilə universitetə qəbul olarkən, 2010-dan sonra ümumi YÖS imtahanından imtina edilmiş və xarici tələbə qəbulu mövzusunda universitetlərə öz kriteriyalarını özlərinin təyin etməsi haqqı verilmişdir. Universitetlər YÖK (Yükseköğretim Kurulu Başkanlığı) – ə məlumat verərək istədikləri şərtlərdə xarici tələbə seçimi edə bilərlər. YÖS İMTAHANINDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏR? YÖS imtahanında, Türkiyə universitetlərində bakalavr təhsili almaq istəyən xarici tələbələr və Türk olub məktəbi xaricdə bitirən tələbələr iştirak edə bilərlər. YÖS İMTAHANINI KİM TƏŞKİL EDİR? YÖS imtahanı 2010-cu ilə qədər ÖSYM (Öğrenci Seçme Yerleşdirme Merkezi Tələbə Seçmə Yerləşdirmə Mərkəzi) tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilmiş, bu tarixdən etibarən universitetlər bu imtahanı özləri təşkil etməyəbaşlamışdır. YÖS imtahanı təşkil etməyən universitetlər adətən imtahan təşkil edən digər universitetlərdən toplanan balları qəbul etməklə və ya attestatla xarici tələbəqəbul etməkdədirlər.İMTAHAN MÜDDƏTİ NƏ QƏDƏRDİR? Soruşulan sualların sayı və imtahan müddəti, imtahanı təşkil edən universitet tərəfindən təyin ediləbiləcəyi kimi, ümumi olaraq 45 Məntiq, 35 Riyaziyyat və 5 Həndəsə sualı soruşulur. İmtahan müddəti isə bir çox universitetlərin imtahanında 90 dəqiqə olaraq təyin edilmişdir. YÖS İmtahanının nəticəsi neçə il keçərlidir ? Adətən imtahan nəticəsi 2 il etibarlı olmağı ilə yanaşı, bir neçə universitetdə imtahan nəticəsi 1 il etibarlıdır. YÖS İMTAHANINDA İŞTİRAK ETMƏK ÜÇÜN ÖDƏNİŞ NƏ QƏDƏRDİR? YÖS imtahanları üçün universitetlərin özlərinin təyin etdiyi imtahan ödənişləri var. Bu miqdar təxminən 50 Amerika Dolları ilə 150 Amerika Dolları arasında dəyişir.