veb sayt yigma

Loading

TCF

Əvvəlcə başlayaq TCF sözünün açılışından. Test de Connaissance du Français- fransız dilindən tərcümədə Fransızca Bilik İmtahanı deməkdir. TCF 25 nəfər linqvist heyətin iştirakı ilə hazılanan beynəlxalq standart fransız dili imtahanıdır. TCF imtahanının statusunu biz bir çoxumuzun daha yaxından bələd olduğu TOEFL imtahanı ilə müqayisə edə bilərik. Təbii ki, TCF imtahanı özünəməxsus xüsusiyyətləri ilə də fərqlənir. Bu imtahan Fransa Respublikası Təhsil Nazirliyinə bağlı Beyəlxalq Pedaqoji Tədris Mərkəzi (ciep.fr ) tərəfindən həyata keçirilir. Qurumun əsas vəzifələrindən biri beynəlxalq səviyyədə fransız dilini qiymətləndirmək və sertifikatlaşdırmaqdır. TCF imtahanı niyə lazımdır? Fransız universitetlərində təhsil almaq istəyən hər bir xarici tələbədən fransız dili biliklərini təsdiq etmələri tələb olunur. TCF imtahanını verməklə siz fransız dili biliyinizi təsdiqləmiş olursunuz və sertifikatlaşdırmış olursunuz. TCF imtahanını nə vaxt və harda verə bilərsiniz? Praktiki cəhətdən Azərbaycanda TCF imtahanı ildə iki dəfə,  yanvar və mart aylarında Azərbaycandakı Fransız İnstitutunu (Institut Français d’Azerbaïdjan- əvvəlki adı “CCF”) təşkilatçılığı ilə baş tutur. İcbari hissə test üsulu ilə, könüllü hissə isə yazılı və şifahi formada baş verir. İmtahanın nəticəsi təxminən 5 həftədən sonra bilinir. İmtahanın quruluşu: İmtahan iki hissəyə ayrılır: İcbari və könüllü hissə. İmtahanının icabri hissəsi 1 saat 30 dəq, könüllü hissəsi isə 2 saat davam edir. İcbari hissədə Compréhension orale, structure de la langue və compréhension écrite bölmələrindən imtahan verilir. İmtahanın bu hissəsində iştirak məcburidir. Eyni zamanda Siz imtahanın könüllü hissəsində də iştirak edə bilərsiniz. Bu hissə yuxarıda qeyd etdiyimiz kimi 2 saat davam edir, expression orale və expression écrite bölmələrindən ibarətdir. İmtahanlar arasında 60 gün fərqi gözləmək şərti ilə istənilən sayda TCF imtahanına girmək mümkündür. Qiymətləndirmə 6 səviyyədə (A1-C2) *  aparılır.  TCF sertifikatı iki il müddətində etibarlıdır və bu müddət ərzində B1 və B2 nəticə ilə Fransa universitetlərində pulsuz təhsil almaq üçün müraciət edə bilərsiniz. B1 və B2 nəticəni 6 aydan 1 ilə qədər (p.s 3 aya toplamış tələbə də olmuşdur) hazırlaşaraq toplamaq mümkündür. Əsasən texniki ixtsaslarda imtahanın icbari hissəsi yetərlidir, lakin hüquq, siyasi elmlər kimi ixtisaslarda imtahanın icbari hissəsi yetərli olmaya bilər. Adətən tələbələrin əksəriyyəti bir qayda olaraq TCF imtahanının hər iki hissəsində iştirak edirlər. Beş meyar əsasında qiymətləndirilmə: TCF imtahanı beş meyar əsasında fransız dili biliklərini qiymətləndirir. Bunlar aşağıdakılardır:İcbari
  1. Compréhension écrite-Mətnləri oxuyub, başa düşmək qabiliyyəti. (TOEFL ekvivalenti-Reading)
  2. Maîtrise des structures de la langue– Qrammatik biliklərin yoxlanması (TOEFL-da bu Reading-ə daxildir)
  3. Compréhension orale- Şifahi başa düşmək qabiliyyəti (TOEFL ekvivalenti Listening) Könüllü
  4. Expression orale-Şifahi İfadə qabiliyyəti (TOEFL ekvivalenti Speaking)
  5. Expression écrite- Yazılı ifadə qabiliyyəti (TOEFL ekvivalenti Writing)