veb sayt yigma

Loading

Goethe

Sizə, GOETHE-Sertifikatı nə üçün lazımdır ???
– Alman dili biliklərinizin təsdiqi haqqında sənəd almaq,
– Almaniyada təqaüd almaq üçün müraciət etmək;
– Alman dilli ölkələrin birində təhsil almaq;
– Au-Pair kimi Almaniya, Avstriya və ya İsveçrəyə getmək;
– Azərbaycanda fəaliyyət göstərən alman müəssisələrində işlə təmin
olunmaq;
– Almaniyada işləmək üçün iş icazəsi almaq;
– Alman dilli ölkələrdə səfər zamanı ünsiyyət qurmaq.
GOETHE İnstitunun imtahanları üçün yaş həddi tövsiyələri GOETHE
İnstitunun İmtahan Qaydalarında qeyd edilib. Yetkinlik yaşına çatmayan
hər bir iştirakçının sənədləri onun hüquqi qəyyumu tərəfindən
imzalanmalıdır. İmtahan iştirakçıları həm yazılı, həm də şifahi imtahanda
iştirak etməlidirlər. Yazılı və şifahi imtahandan öncə imtahan iştirakçıları
şəxsiyyətlərini şəxsiyyət vəsiqəsi və ya pasportla təsdiq etməlidirlər.
İmtahan iştirakçıları imtahanı bitirməmiş tərk edə bilərlər. Bu halda
imtahandan qovulma halında olduğu kimi imtahan rüsumu geri qaytarılmır və iştirakçı imtahandan kəsilmiş hesab edilir.İştirakçı xəstəliklə əlaqədar olaraq imtahana gəlmədikdə, beş iş günü ərzində həkimdən tibbi arayış təqdim edə bilər. Bu halda o növbəti imtahanda iştirak edə bilər.Xüsusi halları təsdiq edən yazılı izahat olduğu halda, iştirakçı üçün imtahan təşkil edilə bilər. Daha ətraflı məlumat üçün iştirakçılar büroya müraciət etməlidirlər. Sertifikatın itirilməsi halı baş verərsə, imtahan tarixindən sonra 10 il ərzində müəyyən rüsum qarşılığında arayış təqdim edilə bilər.
GOETHE İnstitut Gürcüstan imtahan iştirakçılarının şəxsi məlumatlarını
həm iştirakçı ilə bağlanmış müqaviləyə əsasən, həm də hüquqi icazə
çərçivəsində, həmçinin GOETHE İnstitutuna həvalə edilmiş şəxsi
məlumatların qorunması məqsədi ilə əldə edə, üzərində işləyə və istifadə
edilə bilər. Qeydiyyat İmtahanlara qeydiyyat öncədən açıqlanmış tarixlərdə
aparılır. İmtahanlara yazılma qeydiyyat ardıcıllığı və mövcud yerlərə əsasən aparılır. İmtahanda iştirak üçün son qərarı SLZ BAKU verir, müəyyən
imtahan tarixində iştirak üçün hüquqi iddia qaldırıla bilməz. Aktual qiymət və güzəştlər mövcud olan qeydiyyat tarixlərində keçərlidir. İmtahan
rüsumunun tam şəkildə ödənilməsi ödəmə üçün təyin edilən tarixdə SLZ
BAKUnun hesabına köçürülmə yolu ilə baş tutur. Rüsumun başqa bir
imtahan tarixinə keçirilməsi haqqında qərarı GOETHE İnstitutu Gürcüstan
qəbul edir və bu əlavə ödəniş əsasında edilir. İmtina yazılı şəkildə Höte
İnstitutu Gürcüstana təqdim edilməlidir. Yetkinlik yaşına çatmayan imtahan iştirakçılarının hüquqi qəyyumlarının imzası mütləqdir. İmtahandan imtina qeydiyyatın son tarixinə qədər mümkündür. İmtahan rüsumunun geri qaytarılması və ya növbəti imtahana keçirilməsinə dair qərarı Höte İnstitut Gürcüstan qəbul edir. GOETHE İnstitutu imtahanı özü ləğv etdikdə imtahan rüsumu tam olaraq geri qaytarılır. Xəstəlik səbəbindən rüsumun geri qaytarılması İmtahan Qaydaları əsasında və həkim arayışı (Forma N100) təqdim etməklə mümkündür. İmtahanın təkrar verilməsi yalnız iki imtahan tarixləri arasında ən azı dörd həftə ara olduqda və bu son imtahanın hansı mərkəzdə verilməsindən asılı olmayaraq mümkündür. İmtahan nəticələri və sertifikat. İmtahan iştirakçıları imtahandan öncə imtahan vərəqəsində qeyd edilən məlumatları yoxlamalıdırlar (ad, soyad, doğum tarixi və yeri) və uyğunsuzluqlar aşkar edildikdə dil kursunun ofisinə müraciət etməlidirlər.
Yeni sertifikat ödənişlidir və imtahan tarixindən sonra maksimal bir ay
ərzində təqdim edilə bilər. İmtahan nəticələri təyin edilmiş günlərdə
GOETHE İnstitunun və SLZ BAKUnun internet səhifəsində dərc edilir.
İmtahan cavablarının dərc ediləcəyi tarix imtahan günündə yazılı şəkildə
iştirakçılara bildirilir. İmtahan iştirakçısının nömrəsi ad və soyadı əvəz edir
və imtahan nəticələri internet səhifəsində yoxlanıla bilər.Sertifikat şəxsiyyəti
təsdiq edən sənədi təqdim etməklə götürülə bilər. Sertifikatı başqa şəxs
götürməlidirsə imtahan iştirakçısının sənədi təqdim olunmalıdır. Imtahan
nəticələrinə yalnız iki həftə ərzində və aktual İmtahan Qaydalarına əsasən
GOETHE İnstitutunda (Tbilisidə) baxıla bilər. Sorğu əsasında imtahanın
hər hissəsində əldə olunan nəticələr haqqında sənəd təqdim edilə bilər.