veb sayt yigma

Loading

İspan dili

İspan dili

Kastiliya krallığında yaranıb və buna görə də ispan dilini tez-tez
kastiliya dili də ( castellano, azəricə kastelyano ) adlandırırlar.
İspan dili hind-avropa dilləri ailəsinin roman dil qrupunun, iber-roman
yarımqrupuna daxildir. İspan dili də bir çox digər Avropa dilləri kimi latın əlifbası əsasında qurulub.
Hazırda dünyada 500 milyondan çox ispan dilinin daşıyıcısı var. Bu dil İspaniya, Braziliyadan başqa Latın Amerikasının bütün ölkələri, ABŞ-ın ispandilli bəzi ştatları üçün rəsmi dildir. Florida, Texas, Kaliforniya və Nyu-York-da bir neçə milyon ispan dilli əhali yaşayır.
İspan dilini bilmək çox sərfəlidir. Belə ki, ispan dilini bilən şəxs avtomatik olaraq bir neçə digər dilləri də başa düşə bilər. Bu dillərə isə portuqal, italyan, fransız dili daxildir.
Əgər İspaniya, yaxud Latın Amerikasına yolunuz düşsə burada ingilis dili
bilikləriniz sizə kömək etməyəcək. Çünki latın amerikalılar və ispanlar ingilis dilini bilsələr də, öz doğma ispan dillərində danışmağı üstün tuturlar. Bu səbəbdən də bu ölkələrə səfər etməmişdən öncə danışıq üçün qısa ispan dili kursu keçməyiniz məsləhətdir.
İspan dili 60% anqlo-sakson köklərə sahibdir və öyrənmək üçün inanılmaz
dərəcədə asandır. İspan sözləri yazıldığı kimi oxunur və saitlər heç vaxt azalmır. Daha doğrusu onlar öz səslənmə formalarını dəyişmirlər. Buna görə də ispan dilini öyrənməklə, digər əcnəbi Avropa dillərini də asanlıqla öyrənmək olar.