veb sayt yigma

Loading

Berlinin görməli yerləri

Berlinin görməli yerləri

Berlinin görməli yerləri haqqında
#Unter– den- Linden bulvarı ilə Brandenburq divarına qədər gəzintiyə çıxmaq
Berlininin bütün gözəlliklərini görmək üçün ən məşhur bulvarda gəzmək lazımdır. #Unter- den-#Linden bulvarının ətrafında bir sıra görkəmli tarixi tikintilər yerləşir: Berlin operası, Böyük Fridrixin məşhur heykəli, müqəddəs #Hedviqin Kilsəsi.

Bulvarın qərb tərəfində sizi şəhərin ən gözəlmənzərəsi gözləyir: #Tirqraten parkının əlvan yaşıl görünüşü. Bu parkın qarşısında #Brandenburq divarı ucalır. Brandenburq divarı bir zamanlar Şərqi və Qərbi #Almaniyanı ayırırdı.
#Taxelesdə müasir incəsənətdən zövq almalısınız
Bu rəngarəng binanın bir o qədər də rəngarəng tarixi var. Vaxtilə bura həm Peşəkar birliyin qərərgahı, həm univermaq, həm də nasist həbsxanası olmuşdu. 90-cı illərin əvvəlində bu atılmış bina sökülmək təhlükəsi altında idi. Lakin burada müasir rəssamlar yerləşərək binanı acı aqibətdən qurtarırlar. Bugünkü gündə binanın divarlarında yüzlərlə rəssamın yaratdığı sənət əsərlərinə tamaşa etmək olar. Tikintinin otaqlarında lazımsız əşyaların böyük kolleksiyası var. Rəsm əsərlərindən savayı, burada konsert və tamaşala üçün meydançalar da yerləşir.